Türkiyədə 9 yaşlı oğlan uşağı təcavüzə məruz qalıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə təcavüzdən mühakimə olunan 56 yaşlı Kutbettin Y.-nı 16 il azadlıqdan məhrum edib.
Hadisə mart ayının 14-də Ərzurumda baş verib. Dükan sahibi Kutbettin onunla eyni məhəllədə yaşayan 9 yaşlı A.O-ya təcavüz edib.
Məhkəmədə ifadə verən şahid G.D çörək almaq üçün mağazaya getdiyini bildirib. O, "İçəriyə girdiyimdə rəflər arxasında Kutbettinin A.O-ya təcavüz etdiyini gördüm. Məni görüncə uşağın üzərindən qalxdı. 2-3 dəqiqə sonra Kutbettinin həyat yoldaşı gəldi. Mən olmasaydım yoldaşı onsuz da görəcəkdi. Yoldaşından çölə çıxmasını xahiş etdim. Kutbettinin səhv etdiyini söylədim. Mənim də 3 uşağımdan biri görmə əngəllidi. Eyni şey onun da başına gələ bilərdi deyə düşündüm. Hadisələri əmim oğluna və muxtara danışdım. Hətta muxtar “Sən polis çağırmasan mən zəng edəcəm” dedi.
Aparılan araşdırma nəticəsində hadisə yerində götürülən sperma nümunəsinin Kutbettinə aid olduğu sübut olunub.
Rüstəm