Türkiyəyə sanksiyalar tətbiq etməyə hazırıq.
Teleqraf.com xəbər verir ki, belə sərsəm açıqlama ilə Fransanın Avropa əlaqələri üzrə naziri Klement Beaune deyib.
Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Ankarada Avropa Komissiyasının sədri Ursula von der Leyen və Avropa Şurasının Prezidenti Çarles Mikel arasında yaşanan “masa böhranı” haqqında danışan fransız nazir Türkiyəni ittiham etmişdi.
Bu dəfə parlamentdə açıqlama verən Beaune məsələni sanksiya təhdidi mərhələsinə daşıyıb.
Türkiyənin Şərqi Aralıq dənizində və Avropa ilə əlaqələr məsələsində qərar verməli olduğunu bildirən fransız nazir “Türkiyə gərginliyi azaltmaqmı, yoxsa aqressiv mövqeyini davam etdirmək seçimini etməlidir. Hər iki halda Avropa buna reaksiya verməyə hazır olacaq. Tədbirlərimizi hazırladıq. Sanksiyalar daxil olmaqla lazım gəlsə, bunları tətbiq edə bilərik” bəyanatını verib.
Avropanın gərginlikdən yana olmadığını, ancaq maraqlarını da qorumağa çalışdığını xatırladan fransız nazir Ankaranın göndərdiyi siqnalları yaxından izlədiklərini ifadə edib.
Türkiyənin Yunanıstan sularından gəmilərini geri çəkməsini pozitiv addım kimi qiymətləndirən Beaune Ankaranın İstanbul Konvensiyasından çıxmasını səhv istiqamətdə addım adlandırıb.