14 Aprel 2021 17:28
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-a aid iki hərbi gəminin Bosfor boğazından keçərək Qara dənizə daxil olmasından sonra Rusiya kritik addım atıb.

Teleqraf.com xəbər verir ki, Rusiya bu gün Qara dənizdə hərbi təlim keçirmək haqqında qərar verib.

Bu qərarın ABŞ gəmilərinin Qara dənizə daxil olmasından sonra verilməsi diqqəti cəlb edib.

Rusiya tərəfindən verilən açıqlamada Qara dənizdəki təlimlərdə hərbi gəmilərlə yanaşı helikopter və təyyarələrin də yer alacağı bildirilib. Təlimlərdə qurudan və havadan hədəflərə qarşı müdaxilə də təcrübə olunacaq.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri də Rusiyanın ilhaq etdiyi Krım sərhədlərində tank və piyada hücumlarının qarşısını almağı nəzərdə tutan təlimlər həyata keçirib.


Müəllif: Cavad

Oxşar xəbərlər