15 Aprel 2021 01:16
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hərbi gəmilərini Qara dənizə göndərmək planı təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki Səfirliyindən bildirilib.

Qeyd edək ki, ABŞ iki hərbi gəmisinin İstanbul boğazından Qara dənizə çıxacağı ilə bağlı keçən həftə Türkiyəyə məlumat vermişdi.

Bildirilmişdi ki, ABŞ Donanması gəmilərini Qara dənizə göndərilməsi Ankara ilə imzalanmış Montre konvensiyası çərçivəsində olacaq və iki hərbi gəmi may ayının 4-nə qədər Qara dənizdə qalacaq. Amma sonradan bu plan təxirə salınıb.


Müəllif: Teleqraf.com