Yaponiyanın Toyama prefekturasında pişik bir günlük yerli polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilir ki, Koko adlı pişiyin bu vəzifəyə təyin olunması heçdə elə-belə baş verməyib. Bir il əvvəl onun köməyi nəticəsində yaşlı kişi xilas edilib. Həmin kişi su axınına düşüb. Qocaya kömək etmək üçün Koko suyun kənarında oturaraq fasiləsiz şəkildə gözlərini ora dikib və bu onun sahibəsinin diqqətini cəlb edib. Sahibənin yardıma çağırdığı insanlar qocanı xilas ediblər.
Bu şəxsi xilas etməyə kömək göstərdiyinə görə Koko hüquq-mühafizə orqanları tərəfindən Fəxri fərmanla mükafatlandırılıb. Onun üçün xüsusi polis forması tikilib və balaca papaq düzəldilib.
Koko cəmi bir gün polis rəisi vəzifəsini icra edib.