Portuqaliyalı keçmiş futbolçu Luis Fiqu Çeçenistana səfərindən və Rusiya Prezidenti Vladimir Putinə münasibətindən danışıb.
Teleqraf.com xəbər verir ki, Fiqu futbolu təbliğ etmək üçün Çeçenistana gəldiyini deyib.
İdmançı Putini güclü adam adlandırıb və onun uzun illərdir Rusiyanı idarə etdiyini bildirib.
Fiqu İspaniya və İtaliyanın dördqat çempionudur. “Real Madrid”lə Çempionlar Liqasını da qazanıb. “Barselona”nın heyətində də bir dəfə kuboku başı üzərinə qaldırıb.