15 Aprel 2021 13:03
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əl-Səud arasında telefon danışığı olub.

Teleqraf.com xbərə verir ki, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər normallaşdıqca Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz ötən gecə Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.

İki liderin Ramazan ayı münasibətilə danışdıqları ifadə edilib.

Kral Salman bu müqəddəs ay münasibətilə onu təbrik edən Prezident Ərdoğana təşəkkür edərək bu mübarək aya qovuşduqları üçün Allaha dua etdiyini bildirib.


Müəllif: Səxavət