16 Aprel 2021 11:26
1 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gec-tez vaxtilə Spitakda olduğu kimi, Qafqazda eyni gücdə zəlzələ baş verəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Zəlzələ Proqnozlaşdırma və Riyaziyyat Geofizikası İnstitutunun direktoru Pyotr Şebalin deyib.

Rusiyalı elm adamı Qafqazın əhalinin sıx məskunlaşdığı bölgə olduğunu bildirib:

“Sıx məskunlaşmış əhali və boş ərazilərin olmaması - Qafqazı digər zəlzələyə meylli bölgələrdən fərqləndirən budur. Qafqaz xüsusi bölgədir, əhali burada sıx məskunlaşıb. Hər hansı güclü zəlzələ bəzi yaşayış məntəqələrini vuracaq. Gec-tez Spitakda olduğu kimi, eyni gücdə zəlzələ olacaq”.

Zəlzələnin proqnozlaşdırılması ehtimalına gəlincə, mütəxəssis təəssüf hissi ilə qeyd edib ki, bunu əvvəlcədən bilməyin hələlik etibarlı yolları yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər