16 Aprel 2021 11:38
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisdə rəsmi səfərdə olan Ermənistan Prezidenti Armen Sərkisyan və xanımı Nune Sərkisyanın şərəfinə Gürcüstan prezidentinin iqamətgahında təntənəli şam yeməyi verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Gürcüstan və Ermənistan prezidentləri – Armen Sərkisyan və Salome Zurabişvili süfrə arxasında erməni və gürcü xalqlarının çoxəsrlik dostluğundan danışaraq tost deyib, şərab içiblər.

Qeyd edək ki, Zurabişvili rəsmi görüşdə Sərkisyanla bölgədəki mövcud durumu, Qarabağdakı son müharibəni müzakirə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər