Rusiyanın “MiQ-31” qırıcısı Kamçatka yaxınlığında ölkə sərhədinə yaxınlaşan ABŞ-ın kəşfiyyat təyyarəsininin qarşısını alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik radarların Sakit Okean üzərində bir hava hədəfini aşkarladığını bildirib: “MİQ-31” qırıcısı onu müəyyənləşdirmək və müşayiət etmək üçün Kamçatkadakı aerodromdan havaya qalxıb. Qırıcı qrupu hava hədəfinin ABŞ Hava Qüvvələrinin “RC-135” strateji kəşfiyyat təyyarəsi olduğunu müəyyən edib”.
Xarici təyyarənin Rusiya sərhədindən geri döndərməsindən sonra “MİQ-31” hava limanına qayıdıb.
Rusiya Müdafiə Nazirliyi aprelin əvvəllində də ABŞ-ın “RC-135” kəşfiyyat təyyarəsinin Sakit okean üzərində qarşısının alınması və müşayiət edilməsi ilə bağlı video yayımlamışdı.