İran uranı 60 faizədək zənginləşdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bakir Kalibaf bildirib.
Spiker İranla qlobal güclər arasında gərginlik mövzusu olan uranın zənginləşdirilməsi haqda fikirlərini ifadə edib.
İranlı alimlərin uranın 60 faizə qədər zənginləşdirməsinə nail olduğunu qeyd edən parlament sədri İran xalqının iradəsinin ölkəyə qarşı hər cür addımın təsirsiz vəziyyətə gətirəcəyini vurğulayıb.
İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salihi də bu məlumatı təsdiqləyərk detalların daha sonra açıqlanacağını deyib.
Qeyd edək ki, bir neçə gün öncə İranın xarici işlər nazirinin müavini Abbas Arakçı Natanz nüvə obyektində baş verən qəzadan sonra uranın 60 faizə qədər zənginləşdirilməsinə başladığını açıqlamışdı.