17 Aprel 2021 11:14
1 459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Təl Rıfat bölgəsindən çıxan Rusiya qoşunlarının yerinə İran ordusu (SEPAH) yerləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, İran tərəfindən dəstəklənən “Həşd əş-Şabi” terrorçuları isə Sincarda yerləşdirilib.

İrana bağlı “Əsaib Əhlil Haqq” radikal qrupunun lideri Qeys Qəzali, Hizbullahın liderlərindən biri Hüseyn Həmdəvi və “Həşd əş-Şabi”nin hadi əl-Əmiri Sincarla bağlı Türkiyəni təhdid edərək, hücuma keçəcəyi mesajlarını veriblər.

Bir yüksək vəzifəli türkiyəli hərbçi qəzetə 2018-ci ildə Təl-Rıfatda keçirilməsi planlaşdırılan hərbi əməliyyatların bütün hazırlıqlarının tamamlandığını, amma İranın buna mane olmasından sonra təxirə salındığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu