17 Aprel 2021 16:35
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Quru Qoşunları (GSDF) Şərqi Çin dənizinin sahilində, ən ucqarda yerləşən Kyuşu bölgəsində son 30 ilin ən böyük hərbi təlimlərini keçirməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya Silahlı Qüvvələri məlumat yayıb.

Məlumata görə, Yaponiya ordusunun təlimləri Çin donanmasının regiondakı hərbi fəallığının və varlığının artmasına cavab tədbirləridir. GSDF bu məqsədlə sentyabr və noyabr ayları arasında Kyuşuda təxminən 140 min personalın iştirakı ilə hərbi təlim keçirəcək.

“Kyodo” agentliyi belə bir təlimin axırıncı dəfə “soyuq müharibə”nin bitdiyi 1993-cü ildə keçirildiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər