17 Aprel 2021 12:19
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Təhlükəsizlik Xidməti Ukraynanın Sankt-Peterburqdakı konsulu Aleksandr Sosonyuku “məxfi məlumat ötürmək” ittihamı ilə saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) açıqlama yayıb.

Sosonyukun adı açıqlanmayan bir Rusiya vətəndaşından təhlükəsizlik qurumları barədə məxfi məlumat alarkən – “cinayət başında” tutulduğu iddia edilib.

“Bu fəaliyyət diplomatik əməkdaş statusu ilə uyğun gəlmir və Rusiya Federasiyasına qarşı düşmənçilik deməkdir”, - açıqlamada qeyd olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər