Fransa Prezidenti Emmanuel Makron yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Makronun ukraynalı həmkarı Vladimir Zelenski ilə aprelin 16-da baş tutmuş danışıqlarının nəticəsinə əsasən rəsmi məlumatda qeyd olunur: "Fransa Respublikasının prezidenti yaxın vaxtlarda prezident Vladimir Putinlə danışıqlar aparacaq".