Seçkilərdə namizədlər təşviqatı üçün milyonlar xərcləyir. Amma bir çox hallarda xərclənən milyonlar belə seçicilərin səslərini almağa kömək etmir.
Publika.az-ın verdiyi xəbərə görə, unian.net saytı Ukrayna Ali Radasına seçkilərdə namizədliyini verən, amma seçilə bilməyən 10 milyonçunun adını açıqlayıb.
1. Viktor Pilipişin
"İttifaq-avtomobil" şirkətini yaradaraq “Audi" və "Folksvaqen" avtomobillərinin satışı ilə məşğuldur. O, çiçək bazarının əsas müəssisələrindən olan “Ukraflora”nın əsas səhmdarlarından biridir. Pilipişinin həmçinin Ukraynanın ən böyük çay fabriki və istixana kombinatları şəbəkəsinə sahibdir.
“Azadlıq” Partiyasından namizəd idi.
2. Vadim Stolar
“Dirçəliş" tikinti şirkətinə rəhbərlik edir və müflis olmuş “CityCommerceBank”ın ən böyük səhmdarlarından biri idi. "Azov” könüllü alayının komandiri Andrey Beletskiyə uduzub.
3. Yevgeni Çervonenko
“Dəniz qartalı” konsernin banisi və sahibidir. Konsern alkoqolsuz içkilərin istehsalı ilə məşğul olur.
4. Lyudmila Drıqalo
Dondurulmuş yarımfabrikatların istehsalı ilə məşğul olan müəssisəni sahibidir. Biznesinin əsasını 1992-ci ildə qoyub. Onun sahibi olduğu zavod dondurulmuş yarımfabrikatlar bazarının 15 faizini tutur. Seçkilərdə isə yalnız dördüncü yeri tutaraq “Batkivşina” Partiyasından olan Aleksandr Marçenkoya uduzdu.
5. İqor Uçitel
Odessanın ən böyük biznesmenlərindən biri. Onun ən məşhur aktivi regionun sənaye və məişət istehlakçılarını qazla təmin edən "Odessaqaz" şirkətidir. “Forbes” jurnalı onun varidatını 36 milyon dollarla qiymətləndirir.
6. David Jvaniya
Jvaniya Nikolay Martınenko ilə birlikdə “Ticarət evi" və "Brinkford" şirkətlərini yaradıb. “Brinkford” Ukrayna Atom Elektrik Stansiyası üçün Rusiyadan nüvə yanacağını çatdırırdılar. Amma bu şirkətlərin adı korrupsiya qalmaqallarında hallanır və 250 milyon dolları ofşor zonalara çıxartmada ittiham edilirdi.
7. Nikolay Rudkovski
“Forbes”in versiyasına görə 100 ən zəngin ukraynalı arasında yer alır və varidatının 195 milyon dollar olduğu bildirilir.
8. Vasiliy Qrisak
Qrisakın müdafiə və informasiya sistemlərinin ən böyük istehsalçısı olan YEDAPS konsorsiumu ilə bağlı olduğu deyilir.
9. Valentin Jukovski
“Group DF” şirkətinin top-menecerlərindən biridir. Jukovski 2009-cu ildə “Nadra Bank”ın İdarə Heytətinin sədridir. Bank həmin vaxt müflislik həddinə olsa da Jukovskinin istedadı sayəsində vəziyyətdən çıxış yolu tapılmışdı.
10. Leonid Baysarov
Viktor Nusenkinsanın biznes-partnyorudur. 2006-2009 illərdə Nusenkinsanın əsas aktivlərindən biri olan “Donetskstal”ın direktor müavini olub. “Qızıl əsgər-Qərb” şaxtasının baş direktorudur. "Fokus" jurnalının versiyasına görə, Ukraynada 2012-ci ilin 200 ən zəngin insanından biridir. Onun varidatı milyard dollara qiymətləndirilir.