Almaniya, Fransa və Ukrayna Rusiyanı öz qoşunlarının Ukrayna sərhədlərindən geri çəkməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Zaybert açıqlama verib.
O, Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Ukrayna dövlət başçısı Vladimir Zelenskinin onlayn görüşdə Ukrayna-Rusiya sərhədindəki təhlükəsizlik məsələsini müzakirə etdiklərini bildirib.
Liderlərin Rusiyanın Ukrayna sərhədində və qanunsuz ilhaq edilmiş Krımda öz qoşunlarının sayını artırmasından narahat olduqları və gərginliyi azaltmaq üçün Moskvanı hərbi qüvvələrini bu bölgələrdən geri çəkməyə çağırdıqları bildirilib.
Merkel və Makronun Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədikləri bir daha vurğulanıb.