Rusiya 18 rus diplomatının Praqadan çıxarılmasına cavab olaraq Çexiyanın Moskvadakı səfirliyinin 20 əməkdaşını "persona non-qrata" elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Məlumata əsasən, Çexiyanın Moskvadakı səfirliyinin 20 əməkdaşı aprelin 19-u Rusiya ərazisini tərk etməlidir.
Qeyd edək ki, daha əvvəl Çexiyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılmışdı.