19 Aprel 2021 09:55
1 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rossiya 1” televiziya kanalı “Lancet” adlı kamikadze dronunun Türkiyənin istehsal etdiyi "Bayraqdar TB-2" dronunu məhv edə bildiyini iddia edən təqdimat yayımlayıb.

Teleqraf.com xəbər verir ki, proqramda Rusiyanın Kalaşnikov şirkətinə aid ZALA-AERO tərəfindən istehsal olunan “hava mina döşəmə” sistemi əsasında yeni dronun təqdim edilib.

"Bayraqdar TB-2" dronunu hədəfə alan təqdimatda Türkiyəyə mesaj verildiyi iddia edilir. Bu iddianı Türkiyənin təhlükəsizlik eksperti Abdulla Ağar dilə gətirib.

Mütəxəssis bunu “Rusların Bayraqdar dronu travması” kimi qiymətləndirib.

Ağar qeyd edib ki, ruslar “Lancet” adlı dronu təqdim edərkən bunun "Bayraqdar TB-2"ni vurduğunu göstərən animasiya yayımlayıblar: "Ukraynaya mesaj verirlər".


Müəllif: Cavad

Oxşar xəbərlər