20 çexiyalı diplomatın Rusiyadan qovulmasından sonra Çexiyanın Moskvadakı səfirliyində işləmək üçün yalnız beş nəfər qalacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Çexiya prezident administrasiyasının beynəlxalq şöbəsinin müdiri Rudolf Jindrak danışıb.
Onun sözlərinə görə, səfirliyin bütün siyasi hissəsi Rusiya Federasiyasından qovulub:
“Rusiya Federasiyası ərazilərini tərk etmələri üçün onlara 24 saat vaxt verilib. Çexiyadakı rusiyalı diplomatların qovulması üçün isə 48 saat vaxr verilib”.