19 Aprel 2021 15:52
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aclıq aksiyasının üçüncü həftəsində səhhəti pisləşən rus müxalifət lideri Aleksey Navalnı həbsxanadan cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb.

Teleqraf.com xatırladır ki, zəhərləndikdən sonra Almaniyaya aparılan Navalnı geri qayıdarkən həbs edilib və martın 31-dən aclıq aksiyasına başlayıb.

Rusiya mediası Navalnının səhhətində problemlər yarandığı üçün xəstəxanaya köçürüldüyünü bildirib. Səhiyyə komissiyası tərəfindən verilən qərarın ardınca xəstəxanaya aparılan Navalnıya vitamin çatışmazlığı diaqnozu qoyulduğu iddia edilir.

Rus həkimlər, həmkarlar ittifaqının rəhbəri və eyni zamanda Navalnının həkimi Anastasiya Vasilyeva sosial media üzərindən bildirib ki, müxalifət liderinin qan testinin nəticələri açıqlanıb. Navalnının qan analizinin nəticələrini araşdıran həkimlər onun böyrəklərinin pis vəziyyətdə olduğunu və hər an ölə biləcəyini qeyd ediblər.

Xatıradaq ki, son iki gündə həm ABŞ, həm də Böyük Britaniya Aleksey Navalnı ilə bağlı Rusiya rəhbərliyinə xəbərdarlıq edərək məsuliyyət daşıdıqları ilə bağlı xəbərdarlıq etmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər