Ukraynada hakim “Xalqın xidmətçisi” partiyasından olan Ali Radanın bir qrup deputatı prezident Vladimir Zelenskini Rusiya ilə diplomatik münasibətləri kəsməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bəyanat layihəsi “Facebook”da millət vəkili Boqdan Yaremenko tərəfindən yayımlanıb.
“Biz sülhsevər insanlarıq. Ancaq təəssüf ki, qonşular sülh istəyənlərə deyil, müharibəyə hazır olanlara qarşı hücum edirlər”, - deyə deputat yazıb.
Müraciətdə Rusiya rəsmilərinə və KİV-nə qarşı ittihamlar yer alıb.
Zelenskidən Rusiya ilə diplomatik əlaqələri pozması, Amerika və Britaniya hərbi kontingentini Ukraynaya dəvət etməsi tələb olunur. Bundan başqa, NATO-ya ölkədə gəmi əleyhinə, zenit və raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsi təklif edilir.