20 Aprel 2021 10:31
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya hökuməti Rusiya Dövlət Nüvə Enerji Təşkilatını (Rosatom) Dukovany nüvə stansiyasının genişləndirilməsi üçün elan olunan tenderdən qovmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, Çexiya ilə Rusiya arasında gərginlik getdikcə böyüyür.

Çexiyanın sənaye və ticarə naziri, baş nazirin müavini Karel Havlicek bildirib ki, Rusiyanın enerji şirkəti "Rosatom"un yaxın günlərdə rəsmi olaraq Dukovany nüvə stansiyasının genişləndirilməsinə qatılacaq şirkətlər siyahısından çıxarılacaq.

Nazir əlavə edib ki, bu qərar Çexiyanın Vrbietikedə silah anbarının partladılmasında Rusiya kəşfiyyat xidmətinin əlinin olması ilə əlaqədardır.

Qeyd edilir ki, Dukavany nüvə stansiyasının genişləndirilməsi və yenidən qurulması üçün işlərin 2029-cu ildə başlaması və 2036-cı ildə başa çatdırılması planlaşdırılır. Bu tenderə Rusiya, ABŞ, Fransa, Cənubi Koreyanın şirkətləri qatılıb. Layihənin ümumi tutumu 6 milyard avro dəyərindədir.

Xatırladaq ki, ötən həftə rəsmi Praqa 18 rus diplomatını ölkədən deportasiya edib. Rusiya isə buna cavab olaraq 20 çex diplomatını ölkədən qovub.

Çexiya hökuməti hesab edir ki, 2014-cü ildə Vrbietiec məntəqəsində meydana gələn və iki nəfərin ölümünə səbəb olan silah anbarının partladılmasında rus kəşfiyyatının əli var.


Müəllif: Cavad

Oxşar xəbərlər