20 Aprel 2021 11:47
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sudan Suverenlik Şurası və Nazirlər Kabineti İsraillə normallaşma addımları çərçivəsində 1958-ci ildən bəri qüvvədə olan “İsraili boykot qanunu”nu ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Sudanın ədliyyə naziri açıqlama verib.

“Bu yaxınlarda Suverenlik Şurası və Nazirlər Kabinetinin birgə iclasında “İsraili boykot qanunu”nu ləğv edən qanun layihəsini təsdiqlədik”, - nazir bildirib.

Sözügedən qanun sudanlıların İsrail ərazisindəki İsrail vətəndaşları, təşkilatları və ya xarici şirkətləri ilə müqavilə bağlamalarını qadağan edirdi. Eyni zamanda, qanunla İsrail mənşəli malların Sudana girməsi və bu ölkədən keçməsinə icazə verilmirdi. Qanunun maddələrini pozanlar 10 ilədək həbs və cərimələrə məhkum edilə bilərdi.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ötən il oktyabrın 23-də Sudanın sülh müqaviləsi imzalamaq və münasibətlərini normallaşdırmaq üçün İsraillə razılığa gəldiyini açıqlamışdı. Bundan sonda Sudan Ağ Evin “terrorizmi dəstəkləyən ölkələr” siyahısından çıxarılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər