20 Aprel 2021 12:29
1 912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiya hökuməti Rusiya təyyarəsinin ölkənin hava məkanını pozması faktı ilə əlaqədar olaraq səfir Nikolay Tavdumadzeyə etiraz notası təqdim edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyinin rəhbəri Klaudiya Blum açıqlama verib.

Nazir qeyd edib ki, Rusiya təyyarəsi dəfələrlə Kolumbiya tərəfindən verilən uçuş icazələrində göstərilən şərtləri yerinə yetirməyib.

Nazir Blum səfir Tavdumadzeyə Rusiya hökumətindən dərhal cavab verilməsinin vacibliyi barədə xəbərdarlıq edildiyini və Kolumbiya hava məkanındakı pozuntuların təkrarlanmayacağına dair zəmanət tələb olunduğunu söyləyib.

Bundan əvvəl, Kolumbiya Müdafiə Nazirliyi Rusiya təyyarələrinin qarşısını almaq üçün döyüş qırıcıları hazırlandığını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər