20 Aprel 2021 12:34
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə qarşılıqlı rəğbətdən danışıb.

Teleqraf.com xəbər vrir ki, o, bunu “Fox News”a verdiyi müsahibədə bildirib.

“Prezident Putinlə çox yaxşı davrandım, onu bəyəndim və o da məni bəyəndi. Bu yaxşıdır, pis deyil”, - Tramp qeyd edib.

Onun sözlərinə görə, rusiyalı həmkarı ilə qarşılıqlı simpatiyanın üstünlükləri olub:

“Bu, ABŞ və Rusiya arasındakı münasibətlərin möhkəmlənməsinə və yeni sərfəli sazişlərin bağlanmasına kömək etdi. Həmişə bunun tərəfdarı olmuşam”.

Bundan əlavə, keçmiş prezident Şimali Koreya ilə münasibətlərdə də eyni yanaşmaya sadiq qaldığını xatırladıb.

Tramp dəfələrlə rusiyalı həmkarı ilə münasibətləri barədə danışıb.

“Mən Putini sevirəm və bəlkə, Putin də məni sevir”, - Amerikanın keçmiş lideri 2020-ci ilin oktyabrında etiraf etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər