Çad Respublikasının Prezidenti İdris Debi üsyançılarla silahlı atışma zamanı öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Çad ordusu məlumat yayıb.
Bununla da ölkədə hakimiyyətə öldürülən prezidentin oğlunun liderliyində Hərbi Şura gəlib.
Prezident İdris Debi bir neçə gün əvvəl ölkədə keçirilən prezident seçkilərində səslərin 79,32 faizini alaraq yenidən seçilmişdi. Onun seçkilərdə qələbə qazanması ötən gün elan olunmuşdu.
Prezidentin lideri olduğu Milli Qurtuluş Hərəkatı 1990-cı ildən bu yana ölkəni idarə edirdi.