20 Aprel 2021 17:10
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Enerji Agentliyi (IEA) enerji istifadəsi səbəbiylə dünyada ətrafa yayılan karbon emissiyasının (CO2) bu il təxminən 5 faiz artacağını və epidemiyadan sonra iqtisadi canlanmanın iqlim üçün davamlı olmayacağına diqqət çəkib.

Teleqraf.com IEA-nın hesabatına istinadən xəbər verir ki, karbondioksid emissiyaları 2020-ci ilə nisbətən 1,5 milyard ton artaraq 33 milyard tona çatacaq, bu isə son 10 ildə ən böyük artım hesab olunur.

IEA prezidenti Fatih Birol bildirib ki, bu, COVID böhranından sonra iqtisadi bərpanın iqlim üçün heç də davamlı olmadığına dair qorxunc xəbərdarlıqdır.

Hesabata görə, xüsusilə Asiyada kömür istifadəsi artacaq.

Enerji istifadəsindən ətrafa yayılan karbon emissiyası 2019-cu ildə 33,4 milyard tona çatmışdı. Koronavirusu epidemiyası enerji istifadəsini azaltdığı üçün bu rəqəm keçən il 5.8 faiz azalaraq 31.5 milyard tona düşmüşdü.

Hesabata görə, 2021-ci ildə inkişaf etməkdə olan ölkələrin qlobal enerji tələbatı 4,6 faiz artacaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər