20 Aprel 22:54
553

Rusiya Krım və Qara dənizin bir hissəsi üzərindəki uçuşları aprelin 20-dən 24-dək dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Məlumatda deyilib: “Bölgə təyyarə uçuşları üçün müvəqqəti təhlükəli elan edilib”.

Bura Krımın cənub hissəsinin - Sevastopoldan Feodosiyaya qədər olan hava məkanı, yarımadanın cənub sahillərindəki ərazi suları və Qara dənizin beynəlxalq sularının bir hissəsi daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu