21 Aprel 2021 00:27
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövlət başçısı Co Baydenin Rusiya siyasətini tənqid edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Fox News”-a müsahibəsində danışıb.

Tramp prezidentliyi dövründə Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çin İnlə yaxşı münasibət qurduğunu və ABŞ-ın güclü liderlərlə münasibət qurmasının yaxşı olduğunu bildirib.

“Rusiyanı Çinin əlinə salmaq əvəzinə, Rusiya ilə münasibət qurmağı və onunla ticarət etməyi bacarmalıyıq. Edəcəyiniz ən pis şey, Çin və Rusiyanı bir araya gətirməkdir. Onlar indi bir yerdədir”, - Tramp qeyd edib.

Koronavirus pandemiyası başlayana qədər Çin Prezidenti Xi Jinpinqlə yaxşı münasibətdə olduğunu bildirən Tramp Çinlə bağladıqları ticarət razılaşmalarının Amerika istehsalçıları üçün çox yaxşı olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu