21 Aprel 2021 08:25
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada ilk dəfə namizəd olaraq prezident seçkilərində qadın iştirak edəcək.

Teleqraf.com-un məlumatına görə, 50 yaşlı Dəməşq sakini Faten Əli Naharın prezident seçkilərinə müstəqil namizəd olaraq qatılır.

Ondan əlavə, daha iki nəfərin dövlət başçısı postu uğrunda mübarizədə iştirak edəcəkləri açıqlanıb.

Ölkənin hazırkı prezidenti Bəşər Əsəd özü hələ seçkilərdə iştirak etmək üçün müraciət etməyib, lakin tezliklə bunun baş verəcəyi gözlənilir.

Xatırladaq ki, Suriyada prezident seçkiləri 26 mayda keçiriləcək.


Müəllif: Teleqraf.com