21 Aprel 2021 13:25
1 872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə naziri Sergey Şoyqu 2020-ci ildə Cənubi Hərbi Dairədə (YuVO) başqa bir motoatıcı diviziyanın yaradıldığını söyləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Novosti” agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, diviziyanın yaradılması ordunun döyüş gücünün yaxşılaşdırılması çərçivəsində 54 təşkilati tədbirdən biridir: “Eyni zamanda hərbi dairənin yenidən təchizatı davam etdirilir. 2020-ci ildə qoşunlar üçün 3.2 mindən çox müasir silah və hərbi texnika təchiz edilib”.

Şoyqu Yaxın Şərq və Cənubi Qafqazın bir sıra ölkələrindəki qeyri-sabit vəziyyətin Cənubi Hərbi Dairə qoşunlarının döyüş qabiliyyətinin artırılmasına səbəb olduğunu söyləyib: “NATO-nun bölgədə vəziyyətin normallaşmasına müqavimət cəhdləri bizi müvafiq tədbirlər görməyə məcbur edir”.

Bundan əvvəl Cənubi Hərbi Dairənin mətbuat xidməti Rusiyanın 1990-cı illərin sonları - 2000-ci illərin əvvəllərində Qafqazda Çeçenistana qarşı döyüşən 58-ci ordunun Krıma göndərildiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər