21 Aprel 2021 22:39
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hava Qüvvələrinin “RQ-4B Global Hawk” strateji pilotsuz təyyarəsi Krım üzərində - Rusiya tərəfindən “müvəqqəti təhlükəli” elan olunan hava məkanında kəşfiyyat uçuşu həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

İddiaya görə, Amerika dronu İtaliyanın Siciliya adasındakı hava bazasından qalxıb, Krımın dəniz sərhədinin yaxınlığında - 15 min metr yüksəklikdə və Krasnodar sahilləri boyunca uçub.

Rusiya dünən bu bölgədəki uçuşlara dörd gün məhdudiyyətlər tətbiq edib.

Bundan əvvəl, fevral ayında oxşar bir Amerika pilotsuz təyyarəsinin Donbas yaxınlığında kəşfiyyat apararkən, Rusiya sərhədlərinə doğru uçduğu bildirilmişdi. Pilotsuz təyyarənin həmin ay Donbasa beş dəfə uçduğu deyilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər