22 Aprel 14:02
256

İran İnqilab Keşikçiləri ordusuna aid dron Bəsrə körfəzində ABŞ-ın qırıcı daşıyan gəmisinin görüntülərini çəkib.

Teleqraf.com xəbər verir ki, İran mediası bu görüntülərin ölkənin Pilotsuz Uçuş Aparatları (PUA) texnologiyasının inkişaf etməsinin nümunəsi kimi təqdim edib.

Çəkilən görüntülərdə ABŞ gəmisinin üzərində çox sayda qırıcı və helikopterlərin olduğu görünür.

Görüntülərə ABŞ tərəfindən hər hansı reaksiya olmayıb.


Müəllif: Cavad