22 Aprel 2021 16:33
1 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Naziri Sergey Şoyqu Cənub və Qərb hərbi dairələrinin qoşunlarının yoxlanışını başa çatdırmaq qərarına gəldi və onları ölkənin cənub sərhədlərindən daimi yerləşdirmə nöqtələrinə geri çəkilməsini əmr edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Onun sözlərinə görə, təlimlərdə iştirak edən hərbi qüvvələr və texnikalar ayın 23-dən etibarən yerlərinə qayıtmağa başlayacaq. Eyni zamanda, Baş Qərargah, hərbi dairələrin komandiri və hava-desant qoşunlarına keçmiş yoxlamanın ətraflı təhlili və nəticələrini yekunlaşdırmaq tapşırılıb.

Şoyqu qeyd edib ki, rus ordusu manevrlərin öhdəsindən layiqincə gəlib:

“Sürpriz yoxlamanın məqsədlərinə tam şəkildə nail olunduğuna inanıram. Qoşunlar ölkənin etibarlı müdafiəsini təmin etmək bacarıqlarını nümayiş etdirdilər».

Rusiya Silahlı Qüvvələri ötən günlərdə Krımda genişmiqyaslı təlimlərə başlayıb. Təlimlərdə Cənub Hərbi Dairəsi, Qara dəniz Donanması, Xəzər Donanması və Hava-desant qüvvələri birləşmələri, çox sayda hərbi texnika iştirak edib. Məşqlərə 40-dan çox döyüş gəmisi və 20 dəstək gəmisi qatılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər