22 Aprel 2021 21:53
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə D.Zalkaliani özünün tvitter hesabında məlumat paylaşıb.

Bildirib ki, görüş zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin yüksəldilməsinin region üçün önəmi barədə müzakirə aparıblar.

D.Zalkaliani qeyd edib ki, Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin, NATO-ya inteqrasiyasına verdiyi dəstək çox önəmlidir.

Qeyd edək ki, görüş Türkiyə, Rumıniya və Polşa XİN başçılarının Buxarestdə keçirilən üçtərəfli görüşü çərçivəsində baş tutub. Ukrayna və Gürcüstan XİN başçıları bu gün və sabah keçiriləcək görüşdə iştirak üçün dəvət alıblar.


Müəllif: Teleqraf.com