23 Aprel 2021 13:18
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Bağdad Beynəlxalq Hava Limanındakı hərbi bazası raket atəşinə tutulub.

Teleqraf.com xəbər verir ki, bazaya ümumilikdə üç raket atılıb.

Onlardan biri bazanın uçuş-enmə zolağının yaxınlığına, üçü hava limanının ətrafına düşüb.

Biri mərkəzi həbsxanasının yaxınlığında, ikincisi Terrorizmlə Mübarizə Xidmətinin yanında, üçüncüsü İraqın bir hərbi qərargahının yaxınlığında partlayıb.

İraq tərəfinin verdiyi məlumata görə, itki yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu