Birləşmiş Krallıq İsrail hökumətinin Qüdsdə mindən çox yeni yaşayış məntəqəsi inşa etmək qərarını qınayıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İngiltərənin Yaxın Şərq üzrə eksperti Tobias Elvud bildirib. Onun sözlərinə görə, bu qərar İsrail tərəfindən səhv düşünülmüş bir addımdır: “Bu Qüds prbleminin həllini çətinləşdirir və sülh danışıqlarına ciddi zərbə vurur. Eyni zamanda məskunlaşmanın artırılması İsraili müdafiə edən dövlətlərin işini çətinləşdirir”.
Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu həftənin əvvəlində Şərqi Qüdsdə 1060 yeni yaşayış evinin tikiliməsinə razılıq verib.
Samir