Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Bayden arasında ilk telefon danışığı baş tutub.
Teleqraf.com-un məlumatına görə, iki ölkə lideri iyun ayında keçiriləcək NATO sammiti zamanı görüşmək barədə razılığa gəliblər.
C.Bayden danışıq zamanı geniş əməkdaşlıq sahələri və fikir ayrılıqları olan məsələlərin həll yollarına dair konstruktiv ikitərəfli münasibətlərdə maraqlı olduğunu bildirib.