Nigeriyada quldurlar girov saxladıqları 23 tələbədən 3-nü edam ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Agency France Presse” Nigeriyanın təhlükəsizlik və daxili işlər naziri Kadun Semuel Aruvana istinadən bildirib.
"Amansız cinayət törədilib, quldurlar üç girovu edam etdilər", - o qeyd edib.
Nazirin sözlərinə görə, hadisənin baş verdiyi kənd özəl Qrinfild universitetinə yaxındır.
Silahlı quldurlar təhsil müəssisəsinə bir neçə gün əvvəl hücum ediblər. Yerli KİV-in məlumatına görə, onlar 23 tələbəni girov götürüblər.
Girovların arasında 17 qız və 6 oğlan olub. Quldurlar tələbələrin qohumlarından külli miqdarda pul tələb ediblər. Cinayətkarlar təkliflərinin rədd edildiyi halda fiziki cəza ilə hədələyiblər.