24 Aprel 2021 13:03
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ən kəskin təhlükəsizlik təhdididir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Britaniyanın elektron kəşfiyyat xidmətinin və Hökumət Rabitə Mərkəzinin (GCHQ) rəhbəri Ceremi Fleminq deyib.

Onun fikrincə, İngiltərə texnologiyada üstünlüyü üçün tezliklə “hesablaşma saatı” na gələcək.

İngiltərə məxfi xidmətinin rəhbəri Çin və Rusiyanın bu ölkənin kiber təhlükəsizliyi üçün ciddi bir təhlükə yaradacağından narahatdır. Fleminq bu halda Pekinin ən böyük təhlükəyə çevrilə biləcəyinə inanır:

“Britaniya həqiqətən qlobal bir kiber gücə, rəqəmsal dünyada böyük bir imkana sahibdir. Ancaq tarix boyu gücün qorunması onu gələcəkdə qoruyacağımız demək deyil”.


Müəllif: Cavad

Oxşar xəbərlər