“Erməni terrorunun qurbanı olan şəhid diplomatlarımızı rəhmətlə yad edirik. Soyqırımı yalanlarının arxasında gizlənərək bu vəhşətə kimlərin dəstək olduğunu bilirik. Unutmadıq və unutdurmayacağıq”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin köməkçisi İbrahim Kalın özünün Tvitter hesabında yazıb.
İbrahim Kalın əlavə edib ki, tarixi reallıqları təhrif edənlərə qarşı həqiqətin dilindən istifadə etməyə davam edəcəyik.
Xatırladaq ki, bu gün dünya erməniləri saxta erməni soyqrımını qeyd edirlər. Osmanlı Xilafətinin uzun illər çörəyini yeyib, bu dövlətin tərkibində yüksək səviyyədə yaşayan ermənilər Osmanlıya xəyanət edərək Avropa və Çar Rusiyasının əlində alətə çevriliblər. İndi də ermənilər beynəlxalq siyasətdə Osmanlının varisi olan Türkiyəyə qarşı beynəlxalq siyasətdə təzyiq vasitəsi kimi istifadə olunurlar.