24 Aprel 2021 20:59
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 pandemiyası səbəbindən səhiyyə sisteminin çökdüyü Hindistanda oksigen balonların çatdırılmasında problem olduğuna görə 25 pasient vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Dehlidəki Jaipur Qolden xəstəxanasının direktoru Baluja hökumətin xəstəxanaya ayırdığı 3,5 tonluq tibbi oksigen cihazının onlara çatdırılmasını gözlədiklərini bildirib.

Cihazlar isə xəstəxanaya gecə saatlarında çatıb. Bu səbəbdən də xəstəxanada durumu ağır olan 25 nəfər xəstə vəfat edib.

Baluja hazırda xəstəxanada 125 xəstənin durumun kritik olduğunu qeyd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər