Gürcüstanın bu gün istefa vermiş parlament sədri Arçil Talakvadze vitse-spiker vəzifəsini tutacaq.
Bu barədə hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, A.Talakvadze hakim komandanın liderlərindən biri kimi aktiv siyasi fəaliyyətini vitse-spiker vəzifəsində davam etdirəcək.
Qeyd edək ki, A.Talakvadze spiker postunu 2019-cu ilin iyunundan tutub. O, ötən ilin dekabrında parlament seçkilərindən sonra yenidən bu vəzifəyə seçilib.//Report