25 Aprel 2021 02:10
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Türkiyədəki səfirliyi və konsulluğu mümkün etiraz aksiyaları səbəbindən “təhlükəsizlik tədbirləri” qismində bazar ertəsi və çərşənbə axşamı günləri bağlı olacağını elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə diplomatik idarənin yaydığı press-relizdə bildirilir.

Məlumatda qeyd olunur ki, ABŞ Prezidentinin “erməni soyqırımı” ilə bağlı bəyanatından sonra nümayiş və yaxud etiraz aksiyaları keçirilə bilər. Bu səbəbdən ABŞ-ın Ankaradakı səfirliyi, İstanbuldakı baş konsulluğu, Adanadakı konsulluğu və İzmirdəki konsulluq agentliyi aprelin 26-da və 27-də işləməyəcək.

Təcili yardıma ehtiyacı olan ABŞ vətəndaşlarına diplomatik idarələrlə telefon və ya elektron poçt vasitəsilə əlaqə saxlamaq tövsiyə edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər