Misirdə hərbi çevrilişlə hakimiyyətə gələn Prezident Əbdülfəttah əs-Sisi ölkədə qiyam ehtimalı ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Almaniyanın “Die Welt” qəzetinə verdiyi müsahibədə danışıb.
Ölkə daxilindəki ictimai-siyasi proseslərdən danışan Sisi Misirə qarşı çevriliş mesajlarının verilməsinin olduqca təhlükəli və təhrikedici olduğunu, bunu heç vaxt qəbul etməyəcəyini bildirib.
“Hər kəs üçün icazə verilən tənqid qurucu tənqiddir, təhrikedici deyil. Əhalisinin 60 faizi gənclərdən ibarət olan yüz milyonluq Misir üçün sabitlik önəmlidir. Biz konstitusion dövlət istəyirik. Qiyama təhrik etmək olduqca təhlükəlidir və qəbuledilməzdir”, - Sisi qeyd edib.