26 Aprel 2021 11:47
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna hakimiyyəti Rusiyanın təhdidləri qarşısında rahatlaşmamalıdır, o, ölkəmizd Belarusdan hücuma keçə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş rəhbəri Aleksandr Danilyuk deyib.

Onun sözlərinə görə, Moskva Silahlı Qüvvələrini cənub-qərb bölgələrindən çıxartmasına baxmayaraq, Kiyevə diplomatik yollarla təzyiq göstərməyə davam edəcək və respublika sərhədlərində möhkəmlənmək üçün yeni yollar axtaracaq:

“Növbəti addım yəqin ki, Belarusdan olacaq. Rus ordusunun şimal sərhədlərinə girməsi bizim vəziyyətimizi qətiliklə yaxşılaşdırmayacaq”.

Danilyuk iki ölkə arasında kəskinləşən qarşıdurmanın hələ də səngimədiyini və Rusiyanın bölgəni işğal etmək planlarından əl çəkmədiyini vurğulayıb: “Biz aysberqin yalnız üzdə olan hissəsini görürük”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər