26 Aprel 2021 16:17
9 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanımaq məsələsini müzakirə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sunday Express” nəşri məlumat yayıb.

Məlumatda İngiltərənin Cenevrədə keçiriləcək görüşlərdə 60 ildir Kipr adasını ikiyə bölən siyasi böhrana dinc həll yolu tapmaq üçün tarixi fürsət təqdim etməyə kömək edə biləcəyi deyilib.

Nəşrə danışan Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar ingilis hökumətinin bu görüşlərdə təklif edəcəyi ikidövlətli həll yolunu dəstəkləməyə çağırıb.

Tatar Avropa Birliyindən ayrılan İngiltərənin bitərəf vasitəçilik missiyasını yerinə yetirə biləcəyinə, türklər və yunanlara münasibətdə qərəzsiz davranacağına inandığını deyib.

Məlumatda İngiltərənin hökumət mənbələrinin qəzetə Kipr Türk Cümhuriyyətini rəsmən müstəqil ölkə olaraq tanımaq məsələsini müzakirə etdiyi iddia olunub. Yaxın vaxtlarda iki ölkə arasında təyyarə uçuşlarının başlaya biləcəyi də diqqətə çatdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər