26 Aprel 2021 15:43
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ prezidentinin 1915-ci il hadisələrini “soyqırımı” adlandırması hədsizlikdir, bunu rədd edirik, heç bir qanuni qüvvəsi yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

“Türkiyəni istədikləri yola çəkmək üçün terrorizmdən sanksiyalara qədər bütün təhdidlərə əl atanlar öz məqsədlərinə nail ola bilmədilər, bilməyəcəklər də. PKK terror təşkilatının əmri və siyasi qanadlarının çağırışı nəticəsində mülki insanlar arasında qətliama yol açan 6-8 oktyabr olayları da belə cəhdlərdən biridir. Bu cinayətlərin səbəbkarları bu gün hakim qarşısına çıxır. Qətllər üçün hesab vermək vaxtı çatıb”, - Altun bildirib.

Fəxrəddin Altun bir sıra qüvvələrin Türkiyəni parçalamaq cəhdlərinin baş tutmayacağını söyləyib:

“Dövlətimiz və xalqımız Türkiyəni bölmək, parçalamaq və içindən xəncərləmək istəyənlərə qarşı həmişə ayaqdadır. Terror təşkilatları, onların qlobal dəstəkçiləri və qiyamçı zehniyyətə qarşı mübarizəmizdən bir an olsun, geri çəkilməyəcəyik.

ABŞ Prezidenti Co Baydenin açıqlamasında gəldikdə, Altun bunun qəbuledilməz olduğunu bildirib:

“Baydenin 1915-ci il olaylarını “soyqırımı” adlandırması talesiz, hədsiz və qüvvəsi olmayan açıqlama kimi qəbul edirik, rədd edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər