Rusiyada 1-11 may tarixlərində hər növ alkoqol satışı qadağan olunacaq, restoranların müştərilərinə spirtli içkilər təklif etməsi mümkün olmayacaq.
Teleqraf.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı qərarla bu ölkədə 1 may Zəhmətkeşlər bayramı və 9 may Qələbə bayramı münasibətilə 1-11 may tarixlərində rəsmi tətil elan olunub.
Bu tətil dövrünü fürsətə çevirmək istəyən Moskva hökuməti kütləvi peyvəndlənmə proqramını tətbiq edəcəyini açıqlayıb.
Ruslar 11 gün ərzində bayram istirahətləri ilə paralel olaraq həm də özlərinin istehsal etdiyi peyvəndi vurduracaqlar. Məhz bu peyvəndlərin təsirli olması üçün spirtli içki qəbul edilməməsi istənilir və buna uyğun çağırışlar edilib. Eyni zamanda da satışına qadağa qoyulur.
Məlumata görə, uzunmüddətli tətilin məqsədi COVID-19 pandemiyasının üçüncü dalğasını əngəlləməkdir. Rus xalqının bayram günləri daha çox spirtli içkilərdən istifadə etdiyini xatırladılan açıqlamada 11 günlük alkoqol istifadəsinin koronavirusa mane olmağa kömək etməyəcəyi, əksinə buna səbəb olacağı da qeyd olunur.
Qeyd olunur ki, spirtli içkilər içdiyi müəyyən olunan şəxslərə qarşı cəza tədbirləri həyata keçiriləcək.